Martın 1-dən etibarən Misirə turist vizasının qiyməti 30 dollara yüksəldiləcək.
Moderator.az xəbər verir ki, bu barədə "Cairo 24" nəşri ölkənin Turizm Şirkətləri və Agentlikləri Palatasının sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda 25 dollar olan giriş vizasının qiyməti martın 1-dən 30 dollara qaldırılacaq. Bildirilir ki, bu addım turistlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və Misirin turizm istiqaməti kimi rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Qiymət dəyişikliyi yalnız Qahirə və Hurqada hava limanları vasitəsilə ölkəyə daxil olan turistlərə şamil ediləcək. Şarm əl-Şeyxə gələn turistlər üçün 15 günlük pulsuz “Sinay möhürü” qüvvədə qalacaq. Lakin bu regiondan kənara çıxmaq istəyənlər viza rüsumu ödəməli olacaqlar.