16:03
9°C
Bakı
İran öz neft və mineral resursları üzərində nəzarəti ABŞ-yə verməyəcək.
Moderator.az bildirir ki, bu barədə "Reuters" agentliyinə İranın yüksəkvəzifəli məmuru məlumat verib.
Onun sözlərinə görə, sanksiyaların ləğvi şərtləri ilə bağlı tərəflərin mövqeləri fərqli olaraq qalır.
"Danışıqların bərpası martın əvvəlinə planlaşdırılıb", - deyə agentliyin həmsöhbəti əlavə edib.
O vurğulayıb ki, təmaslar aralıq razılaşmaya gətirib çıxara bilər.
Xatırladaq ki, fevralın 17-də Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında məsləhətləşmələrin ikinci raundu başa çatıb.