10:24
8°C
Bakı
İranda bir neçə universitetin tələbələri yeni tədris semestrinin ilk günündə etiraz aksiyalarına başlayıblar.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.
Nəşrin məlumatına görə, aksiyalar əsasən Tehran şəhərində baş tutub. Tələbələr universitet kampuslarında toplaşaraq hakimiyyətə və ölkənin ali rəhbəri Əli Xameneiə qarşı şüarlar səsləndiriblər.
Bəzi ərazilərdə hökumət tərəfdarları ilə toqquşmaların baş verdiyi bildirilir.