Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ son günlərdə Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan aviabazasına ümumilikdə 6 "E-3C Sentry AWACS" uzaqdan radiolokasiya aşkarlayıcı və idarəetmə təyyarəsi yerləşdirib.
Moderator.az-ın xəbərinə görə, bunu "Flightradar24" aviasiya resursunun məlumatları göstərir.
Təyyarələrin sonuncu cütlüyü ötən gün ABŞ-dən transatlantik uçuşdan sonra Səudiyyə Ərəbistanına çatıb. Çinin "MizarVision" peyk məlumatları provayderi Səudiyyə Ərəbistanı aviabazasından fotolar dərc edib ki, orada altı təyyarənin hamısı əks olunub.
"Boeing E-3C" təyyarəsi havadan komandanlığı və idarəetmə sisteminin əsasını təşkil edir və genişmiqyaslı hava əməliyyatlarını idarə etməyə, qırıcı təyyarələrin, tanker təyyarələrin və kəşfiyyat platformalarının hərəkətlərini koordinasiya etməyə (əlaqələndirməyə), eləcə də yüzlərlə kilometr məsafədə düşmən təyyarələri barədə erkən xəbərdarlıq etməyə qadirdir. "Itamilradar" portalının qeyd etdiyi kimi, indi aydındır ki, bölgəyə çox sayda döyüş aviasiyasının yerləşdirilməsinin davam etməsi fonunda ABŞ təkcə zərbə gücünü artırmaqla qalmayıb, həm də döyüş əməliyyatları şərtlərində onun tam şəkildə idarəetmə sistemini yaradır.
Qərb mediasının məlumatına görə, bir çox analitiklər AWACS təyyarələrinin Yaxın Şərqə gəlməsini ABŞ-nin İrana qarşı hərbi əməliyyat keçirməsi üçün lazım olan son "çatışmayan elementlərdən" biri kimi görürlər.