Rusiyada matəm elan olundu
Dünya
401
13:50, Bu gün

Rusiyada matəm elan olundu

Rusiyanın Amur vilayətinin Romnı dairəsinin hakimiyyəti helikopter qəzasında üç nəfərin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.

Moderator.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə dairə administrasiyasından məlumat verilib.

Həmçinin son məlumata görə, Amur vilayətində qəzaya uğrayan helikopter ölən pilota məxsus olub və onun helikopter idarə etmək üçün səlahiyyəti olmayıb. Bundan əlavə, Şərqi Sibir Nəqliyyat Prokurorluğundan bildirilib ki, helikopter müəyyən edilmiş qaydada rəsmi qeydiyyata alınmayıb.

Xatırladaq ki, Rusiyanın Amur vilayətində şəxsi "Robinson" helikopteri Amaranka kəndi yaxınlığındakı ağac emalı sahəsindən qalxdıqdan sonra yoxa çıxıb.

Helikopterin axtarışları başa çatıb və ağac emalı sahəsinin yaxınlığındakı ucqar ərazidə tapılıb. Xilasedicilər qəza yerində üç şəxsin cəsədlərini aşkar ediblər.

Helikopterin göyərtəsində cəmi üç nəfər olub: pilot, İstintaq Komitəsinin əməkdaşı və polis nümayəndəsi.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (iki və ya daha çox şəxsin ölümünə səbəb olan hava gəmilərinin hərəkəti və istismarı təhlükəsizliyi qaydalarını pozma) ilə cinayət işi açılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər