14:00
10°C
Bakı
Son sutka ərzində Rusiya Silahlı Qüvvələri müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA) ilə Xarkova və vilayətin 10 yaşayış məntəqəsinə zərbələr endirib.
Moderator.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
Onun sözlərinə görə, 5 nəfər yaralanıb, həmçinin 2 polis əməkdaşı həlak olub.
O.Sinequbov əlavə edib ki, Xarkova endirilən zərbələr nəticəsində 2 bina, fərdi evlər, taxıl anbarı və avtomobillər zədələnib.