15:12
12°C
Bakı
Serbiya Xarici İşlər Nazirliyi hazırda İranda olan Serbiya vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə nazirliyin bəyanatında bildirilib.
"Artan gərginlik və təhlükəsizlik baxımından vəziyyətin pisləşməsi riskinin yüksək olduğu üçün hazırda İranda olan bütün Serbiya vətəndaşlarına oranı mümkün qədər tez tərk etmələri tövsiyə olunur", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Polşanın Baş naziri Donald Tusk Polşa vətəndaşlarını İranı dərhal tərk etməyə çağıraraq, bunun yaxın gələcəkdə qeyri-mümkün ola biləcəyi barədə xəbərdarlıq etmişdi.
ABŞ hökuməti də öz vətəndaşlarına oxşar çağırışla çıxış etmişdi.
Ötən gün isə Almaniya XİN bənzər xəbərdarlıq yayıb.