Tramp ABŞ-yə idxal olunan bütün mallara 10% rüsum tətbiq etmək niyyətindədir
Dünya
254
20 Feb 2026 | 23:40

Tramp ABŞ-yə idxal olunan bütün mallara 10% rüsum tətbiq etmək niyyətindədir

Donald Tramp ABŞ-yə idxal olunan bütün mallara 10 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını bildirib.

Moderator.az RBC-yə istinadən xəbər verir ki, bu açıqlamanı o, Ağ Evdə keçirilən mətbuat konfransında səsləndirib.

Bəyanat ABŞ Ali Məhkəməsinin Trampın tətbiq etdiyi tarifləri qanunsuz sayması fonunda verilib.

"Bu andan etibarən milli təhlükəsizliklə bağlı bütün rüsumlar qüvvədə qalır və tam şəkildə icra olunur. Bu gün mən artıq tətbiq olunan adi rüsumlara əlavə olaraq 10 faizlik qlobal rüsum müəyyən edən fərman imzalayacağam", - deyə Tramp bildirib.

Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın fövqəladə hallar haqqında federal qanuna əsaslanaraq tətbiq etdiyi tarifləri qanunsuz elan edib. Məhkəmə prezidentin həmin qanundan istifadə etməklə rüsumlar tətbiq edərkən səlahiyyət həddini aşdığı qənaətinə gəlib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər