Milyonluq qırıcılar əvəzinə ucuz dronlar: Avropadan yeni qərar
Dünya
174
20 Feb 2026 | 23:10

Milyonluq qırıcılar əvəzinə ucuz dronlar: Avropadan yeni qərar

Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniya bəyan ediblər ki, NATO-nun Rusiyadan qaynaqlanan hava təhdidlərinə qarşı müdafiəni gücləndirməyə çalışdığı bir vaxtda birgə şəkildə yeni, ucuz və avtonom dronlar hazırlayacaqlar.

Moderator.az bu barədə "Politico" nəşrinə istinadən xəbər verir.

Beş ölkənin müdafiə nazirləri bildiriblər ki, bir il ərzində dronların istehsalı məqsədilə "Ucuz effektorlar və avtonom platformalar" (LEAP) adlı təşəbbüsə start veriləcək.

Təşəbbüs ötən il NATO ərazisində - Estoniya üzərində Rusiya qırıcılarının fəaliyyəti və Polşanın hava məkanına daxil olan dronlarla bağlı insidentlərdən sonra Avropa hava məkanının müdafiəsinə dair artan narahatlıqları əks etdirir.

NATO bu təhdidlərin qarşısını alsa da, min dollarlıq dronları zərərsizləşdirmək üçün milyonlarla dollar dəyərində qırıcıların cəlb edilməsi tənqidlərə səbəb olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər