23:46
7°C
Bakı
Macarıstan Avropa İttifaqının Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmaq qərarını bloklayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanında daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib.
Qeyd olunur ki, belə qərarın qəbul edilməsi üçün Aİ-yə üzv olan bütün 27 ölkənin yekdil dəstəyi tələb olunur.
Nəşr vurğulayır ki, sözügedən vəsait ayrılmadığı təqdirdə, Ukraynanı artıq bu ilin ikinci rübündə maliyyə çətinlikləri gözləyə bilər.