Ukraynada 36 milyonluq korrupsiya: Direktor həbs olundu
Dünya
283
21:17, Bu gün

Ukraynada 36 milyonluq korrupsiya: Direktor həbs olundu

Ukraynada Dövlət Ehtiyatlarının İdarə Edilməsi Agentliyində irimiqyaslı mənimsəmə sxemi aşkar edilib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Hüquq-mühafizə orqanları qurumun keçmiş baş direktorunu və onun beş əlbirini saxlayıb. Onlar dövlət büdcəsindən 36 milyon qrivna (təxminən 1,4 milyon manat) mənimsəməkdə şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, şübhəlilər dövlət anbarlarını süni şəkildə aşağı qiymətlərlə icarəyə verib, daha sonra isə həmin obyektləri bazar qiymətinə müəssisələrə kirayələyərək əldə etdikləri mənfəəti öz aralarında bölüşüblər. Onların aylıq qanunsuz gəlirinin 1 milyon qrivnaya qədər olduğu bildirilir. Mənimsənilən vəsaitin lüks daşınmaz əmlak və avtomobillərin alınmasına xərcləndiyi qeyd olunur.

Saxlanılan şəxslərin evlərində və iş yerlərində keçirilən axtarışlar zamanı smartfonlar, kompüterlər və cinayət fəaliyyətini təsdiqləyən sənədlər müsadirə edilib. Onlara Ukrayna Cinayət Məcəlləsinin 255-ci (cinayətkar təşkilatın yaradılması və idarə olunması) və 191-ci (külli miqdarda əmlakın mənimsənilməsi) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsləri 12 ilə qədər azadlıqdan məhrumetmə və əmlakın müsadirəsi cəzası gözləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər