Fransada büdcə qalmaqalı: Senat
Dünya
267
21:09, Bu gün

Fransada büdcə qalmaqalı: Senat "yox" dedi, Makron imzaladı

Fransa Prezidenti Emmanuel Makron gec qəbul edilən və parlamentdən kənar prosedurla təsdiqlənən 2026-cı il dövlət büdcəsi haqqında qanunu imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə "Journal Officiel" məlumat yayıb.

Qanun əvvəlcə Konstitusiya Şurasına təqdim olunub və Şura sənədin Konstitusiyaya uyğun olduğunu təsdiqləyib.

Yanvarın 30-da Baş nazir Sebastyan Lekornu hökumətin məsuliyyəti altında büdcənin parlament səsverməsi olmadan qəbul edildiyini elan edib. Bundan bir gün əvvəl isə Senat büdcə layihəsinin əleyhinə səs vermişdi.

Qanuna əsasən, müdafiə xərcləri istisna olmaqla, demək olar ki, bütün sahələr üzrə xərclərin azaldılması nəzərdə tutulur. Bununla yanaşı, bəzi istiqamətlər üzrə xərclərin 6,7 milyard dollar artacağı gözlənilir. 2025-ci ildə büdcə kəsiri ÜDM-in 5,4%-i səviyyəsində olub ki, bu da kreditorların Fransaya olan etibarını zəiflədib. Hökumət 2026-cı ildə kəsiri 4,7%-ə endirməyi planlaşdırsa da, müxalifətin təzyiqi fonunda bu göstəricinin 5% ətrafında qalacağı bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər