İran ABŞ-yə neft və qaz təklif etdi - Sanksiyalar ləğv olunacaq?
Dünya
188
21:00, Bu gün

İran ABŞ-yə neft və qaz təklif etdi - Sanksiyalar ləğv olunacaq?

İran ABŞ ilə nüvə sazişi üzrə aparılan danışıqlar çərçivəsində Vaşinqtona İslam Respublikasındakı neft və qaz yataqlarına çıxış təklif edib. Tehran həmçinin Birləşmiş Ştatlardan təyyarələr almağa hazır olduğunu bildirib. Bununla İran ABŞ sanksiyalarının ləğvinə nail olmağa çalışır.

Moderator.az xəbər verir ki, "CBS News" bu barədə mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı diplomatlar ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa tövsiyə ediblər ki, İranın nüvə proqramı üzrə mümkün razılaşmaya digər məsələlər, o cümlədən İslam Respublikasına ballistik raketlərin tədarükü mövzusu daxil edilməsin.

"CBS News"un həmsöhbətlərinin iddiasına əsasən, Uitkoff həmin məsələnin region ölkələrinin iştirakı ilə ayrıca formatda müzakirə olunmasına razılıq verib.

Xatırladaq ki, fevralın 17-də Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqların ikinci raundu başa çatıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər