Əraqçi: İran və ABŞ tez razılaşmada maraqlıdır, heç bir son müddət yoxdur
Dünya
314
19:10, Bu gün

Əraqçi: İran və ABŞ tez razılaşmada maraqlıdır, heç bir son müddət yoxdur

İran və ABŞ tez razılaşmada maraqlıdır, heç bir son müddət yoxdur.

Moderator.az "Sepahnews"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, sanksiyalar nə qədər tez ləğv edilsə, İran üçün bir o qədər yaxşıdır: "Odur ki, mümkün razılaşmanı gecikdirmək üçün heç bir səbəbimiz yoxdur".

Nazir qeyd edib ki, məsələnin çətin hissəsi mümkün razılaşmanın "qazan-qazan" və ədalətli bir razılaşma olmasını əldə etməkdir.

Abbas Əraqçinin sözlərinə görə, hər iki tərəfin xüsusi maraqları və narahatlıqları var: "Bizim vəzifəmiz tərəflərin maraqlarını və narahatlıqlarını əhatə edən bir həll yolu tapmaqdır".

Abbas Araqçi müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar Cenevrədə keçirilən son danışıqlarda İrandan uranın "sıfır zənginləşdirməsi"ni tələb etməyib.

Onun sözlərinə görə, müzakirələr İranın nüvə proqramının yalnız sülh məqsədlərinə yönəldiyini Vaşinqtona sübut edə biləcək tədbirlər üzərində cəmləşib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər