ABŞ-də məşhur nazirin əri cinsi zorakılıqda ittiham olunur
Dünya
281
17:37, Bu gün

ABŞ-də məşhur nazirin əri cinsi zorakılıqda ittiham olunur

ABŞ-nin əmək naziri Lori Çaves-Deremerin əri Şon Deremer dekabr ayında Əmək Nazirliyinin Vaşinqtondakı mənzil-qərargahında baş vermiş cinsi zorakılıq iddiası ilə bağlı araşdırmanın fiqurantına çevrilib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri polis hesabatına istinadən məlumat verib.

Bildirilib ki, şikayət ərizəsi yanvar ayında Vaşinqton polisinə təqdim edilib. Polisin açıqlamasında qeyd olunur ki, şikayətçi - nazirliyin əməkdaşı olan qadın şəxsi iradəsinə zidd cinsi təmasa məruz qaldığını, nazirin ərinin ona toxunduğunu bildirib.

Nəşrin mənbələri həmçinin iddia edir ki, nazirliyin ən azı daha bir əməkdaşı da həmkarlarına Deremerin qəsdən toxunmaları barədə danışıb.

Əmək nazirinin əri ittihamları rədd edib və belə bir hərəkətə yol vermədiyini deyib. Nazirlik nəşrin məsələnin şərh edilməsi ilə bağlı müraciətini cavabsız qoyub.

Eyni zamanda Vaşinqton Polis Departamenti mümkün qanun pozuntuları, o cümlədən vəsaitlərin qeyri-bərabər istifadəsi və nazirliyin rəhbərliyi ilə bağlı digər epizodlar barədə iddiaları araşdırır. WSJ mənbələrinin məlumatına görə, Çaves-Deremerin iki əsas köməkçisi inzibati məzuniyyətə göndərilib. Nazir daha əvvəl öz işi ilə bağlı ittihamları inkar etmişdi.

Qeyd edək ki, Lori Çaves-Deremeri Prezident Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra əmək naziri vəzifəsinə namizəd təqdim etmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər