Qəzza zolağına qanunsuz keçən bir qrup İsrail vətəndaşı saxlanıldı
Dünya
198
17:30, Bu gün

Qəzza zolağına qanunsuz keçən bir qrup İsrail vətəndaşı saxlanıldı

İsrailin onlarla mülki vətəndaşı qadağaya baxmayaraq Qəzza zolağına daxil olub. İsrail ordusu tərəfindən saxlanılan həmin şəxslər ölkəyə qaytarılıb.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.

"Qəzza zolağına keçən İsrail vətəndaşları ordu qüvvələri tərəfindən izlənilib. Hadisə yerinə göndərilən hərbçilər həmin şəxsləri saxlayaraq təhlükəsiz şəkildə İsrailə qaytarıblar", - deyə SAXAL-ın açıqlamasında qeyd edilib.

İsrail ordusundan bildirilib ki, Qəzza zolağına icazəsiz mülki şəxslərin keçidi yolverilməzdir: "Bunu qətiyyətlə pisləyirik. Çünki bu ərazilər mülki şəxslər və İsrail hərbçiləri üçün təhlükə yaradır".

SAXAL-ın məlumatına görə, saxlanılan şəxslər əlavə araşdırmaların aparılması üçün İsrail polisinə təhvil verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər