19:13
8°C
Bakı
Avropa İttifaqı (Aİ) fevralın 23-də Rusiyaya qarşı 20-ci sanksiyalar paketini elan etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Sanksiyalar işləyir və Rusiyanın iqtisadiyyatına zərər vurur. Eləcə də, atılan hər yeni addım Rusiyanın müharibə aparmaq qabiliyyətini məhdudlaşdırır. Rusiya ordusu rekord səviyyədə itkilər verir və iqtisadiyyatı çox çətin vəziyyətdədir. İtkilərin qazanclardan çox olmadığı müddət ərzində Putin bu müharibəni dayandırmayacaq”, - Kallas deyib.