Əraqçi: ABŞ İrandan uranın zənginləşdirilməsini sıfıra endirməsini tələb etməyib
Dünya
302
16:55, Bu gün

Əraqçi: ABŞ İrandan uranın zənginləşdirilməsini sıfıra endirməsini tələb etməyib

ABŞ İrandan uranın zənginləşdirilməsini sıfıra endirməsini tələb etməyib.

Moderator.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ mediasına müsahibəsində deyib.

“Biz uranın zənginləşdirilməsinin dayandırılmasını təklif etməmişik və ABŞ tərəfi bunu sıfıra endirməyi tələb etməyib. Biz İranın nüvə proqramının dinc xarakter daşıdığından və həmişə dinc xarakter daşıyacağından əmin olmağın yollarını müzakirə edirik”, - Əraqçi bildirib.

XİN rəhbəri İranın nüvə proqramının yeganə həllinin diplomatiya olduğunu qeyd edib: “Nüvə obyektlərimizə kütləvi hücumlar edildi, alimlərimiz öldürüldü, lakin nüvə proqramımızı məhv edə bilmədilər. Niyə? Çünki bu proqram bizim və alimlərimiz tərəfindən hazırlanıb. Bu texnologiya bizə məxsusdur və bombalama və hərbi əməliyyatlarla məhv edilə bilməz. Yeganə həll diplomatiyadır. Buna görə də Amerika danışıqlar masasına qayıdıb və razılaşma axtarır. Biz sülhə, diplomatiyaya hazırıq, necə ki, özümüzü müdafiə etməyə hazırıq. Əgər kimsə İranın nüvə proqramına həll yolu axtarırsa və bu proqramın dinc qalmasını təmin etmək istəyirsə, yeganə yol danışıqlar və diplomatik həlldir”.

Əraqçi vurğulayıb ki, İranın razılaşma üçün təklif etdiyi mətn yaxın iki-üç gün ərzində hazır olacaq.

O, eyni zamanda, amerikalıları düşmən hesab etmədiklərini əlavə edib.

“Biz amerikalıları düşmən hesab etmirik. Biz Amerika hökumətinin siyasətini İrana qarşı düşmənçilik siyasəti hesab edirik. Bu düşmənçiliklər bitdikdə, bəlkə də fərqli bir münasibət növü barədə düşünə bilərik”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər