Paşinyan yüksəkvəzifəli məmuru işdən uzaqlaşdırdı
Dünya
252
16:10, Bu gün

Paşinyan yüksəkvəzifəli məmuru işdən uzaqlaşdırdı

Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) baş katibi Edqar Qevorkyan vəzifəsindən azad edilib.

Moderator.az yerli mətbuata istinadən xəbər verir ki, müvafiq qərar baş nazir Nikol Paşinyan tərəfindən imzalanıb və hökumətin rəsmi informasiya saytında yayılıb.

Məlumata görə, DGK əvvəllər korrupsiya qalmaqalları ilə gündəmə gəlib və bir neçə əməkdaş həbs olunub.

Ötən ilin sonlarında ictimai qruplar Dubaydan Ermənistana 400 "iPhone"un qaçaqmalçılıq yolu ilə gətirildiyini və bunun arxasında DGK-nın yüksəkvəzifəli rəsmilərinin olduğunu bildiriblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər