Moskvada güclü qar həyatı iflic edib
Dünya
220
22:00, Bu gün

Moskvada güclü qar həyatı iflic edib

Moskvaya güclü qar yağıb. Rusiya paytaxtında artıq "narıncı" təhlükə səviyyəsi elan edilib: onlarla aviareys ləğv olunub, yollardakı tıxaclar isə 8-9 bala çatıb.

Moderator.az BBC-yə istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin öz "Telegram" kanalında hava şəraitinin qeyri-adi dərəcədə ağır olduğunu bildirib:

"Bu qış bütün rekordları qırır. Qar dayanmaq bilmir. Bu gün aylıq normanın 70%-dən çoxunun yağacağı gözlənilir ki, bu da anomal göstəricidir".

Merin sözlərinə görə, qarın bütün gün və gecəboyu, eləcə də növbəti gün yağmağa davam edəcəyi proqnozlaşdırılır.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına əsasən, əlverişsiz hava şəraiti səbəbindən artıq 19 aviareys ləğv edilib. Onlardan altısının xarici aviaşirkətlərə məxsus olduğu bildirilir.

Link kopyalandı!
Son xəbərlər