Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız
Dünya
364
19 Feb 2026 | 21:00

Şahbaz Şərif Trampa: Cənub Şərqi Asiyanın xilaskarısınız

Hindistanla Pakistan arasındakı münaqişəni ABŞ prezidenti Donald Trampın effektiv müdaxiləsi həllə gətirib çıxardı.

Moderator.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bununla on minlərlə insanın həyatı xilas olub:

"Siz, Cənub Şərqi Asiyanın xilaskarısınız. Düşünürük ki, atəşkəs uzunmüddətli olmalıdır ki, bərpa prosesi sürətlənsin".

Baş nazir Fələstin məsələsinin uzunmüddətli və ədalətli həllinə nail olacağına inandığını deyib:

"Qəzzada uzunmüddətli sülh və təhlükəsizlik sırf Donald Trampın mirası kimi qalacaq".

Link kopyalandı!
Son xəbərlər