G20 sammitinin keçiriləcəyi tarix açıqlandı
Dünya
161
19:47, Bu gün

G20 sammitinin keçiriləcəyi tarix açıqlandı

"Böyük İyirmilik" (G20) sammiti 2026-cı ildə dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

"G20-də ABŞ-nin sədrliyi ili Prezident Donald Trampın rəhbərliyi altında dekabrın 14-15-də Florida ştatının Mayami şəhərindəki "Trump National Doral" klubunda baş tutacaq liderlərin sammiti ilə yekunlaşacaq", - deyə məlumatda vurğulanır.

ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, Birləşmiş Ştatlar administrasiyası iqtisadi artımın stimullaşdırılmasını, maliyyə tənzimlənməsi sisteminin modernləşdirilməsini, borc öhdəlikləri sahəsində şəffaflığın artırılmasını və onların restrukturizasiyasına kömək göstərilməsini, rəqəmsal aktivlərin inkişafını, ödənişlər sahəsində fırıldaqçılıqla mübarizəni və maliyyə savadlılığının təşviqini öz sədrliyinin prioritetləri etmək niyyətindədir.

Link kopyalandı!
Son xəbərlər