Tramp Ukraynada müharibənin yaxın gələcəkdə sona çatacağına işarə edib
Dünya
171
19:36, Bu gün

Tramp Ukraynada müharibənin yaxın gələcəkdə sona çatacağına işarə edib

Mənim komandam 8 münaqişəni həll etməyə nail olub.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında deyib.

O, Ukraynada davam edən müharibənin də yaxın gələcəkdə sona çatacağına işarə edib.

“Səkkiz müharibəni həll etdik və düşünürəm ki, qarşıda hələ bir münaqişə var. Onlardan biri gözlədiyimdən daha çətin oldu. Mən düşünürdüm ki, o, ən asan olacaq. Amma müharibə ilə bağlı heç vaxt nəyin asan, nəyin çətin olacağını əvvəlcədən bilmirsən”, — o bildirib.

Link kopyalandı!
Son xəbərlər