Böyük Britaniya Kralı III Çarlz qardaşı, sabiq şahzadə Endryu Mountbatten-Vindsorun saxlanılmasına münasibət bildirib.
Moderator.az “The Guardian“a istinadən xəbər verir ki, III Çarlz hadisə ilə bağlı rəsmi bəyanat yayıb.
O, sabiq şahzadənin həbsi ilə bağlı xəbərləri narahatlıqla qarşıladığını, iş üzrə ədalətli araşdırmanın aparılacağına ümid etdiyini bildirib.
Kral qeyd edib ki, müvafiq qurumların bu məsələni tam, ədalətli və düzgün araşdırması vacibdir.
Bu məsələdə hüquq mühafizə orqanları ilə əməkdaşlıq etdiklərini vurğulayan Britaniya Kralı istintaqın işinə tam və səmimi dəstəyini ifadə edib.
III Çarlz əlavə edib ki, istintaq prosesi müddətində qardaşı ilə bağlı əlavə şərh verməyəcək.
Qeyd edək ki, Kralın qardaşı, sabiq şahzadə Endryu Mountbatten-Vindsor “Epşteyn işi” üzrə saxlanılıb.