Kaya Kallas Rusiyaya qarşı TƏLƏBLƏR SƏNƏDİNİ təqdim etdi
Dünya
308
18:00, Bu gün

Kaya Kallas Rusiyaya qarşı TƏLƏBLƏR SƏNƏDİNİ təqdim etdi

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallas Aİ ölkələrinə Ukrayna ilə bağlı Rusiyaya qarşı tələblərin yer aldığı sənəd göndərib.

Moderator.az xəbər xerir ki, bu barədə Ukraynanın "Strana.ua" nəşri məlumat yayıb.

Məlumata görə, tələblərə Rusiya qoşunlarının azaldılması və Ukraynaya məxsus müəyyən ərazilərdən çıxarılması daxildir. Bundan əlavə, sənədə görə, Rusiya tərəfindən ələ keçirilən ərazilər qanuni olaraq tanınmamalıdır.

Sənəddə həmçinin Rusiyanın Ukraynaya, Avropa dövlətlərinə və şirkətlərə, o cümlədən ətraf mühitə dəymiş ziyana görə kompensasiya ödəməli olduğu qeyd olunur. Bundan əlavə, tələblər siyahısında Rusiyanın Belarus, Moldova, Gürcüstan və Ermənistandakı hərbi mövcudluğunu dayandırmasının vacibliyi vurğulanır.

Link kopyalandı!
Son xəbərlər