Əfsanəvi şahmatçı Yan Timman vəfat edib
Dünya
313
17:50, Bu gün

Əfsanəvi şahmatçı Yan Timman vəfat edib

Niderlandın tanınmış qrosmeysteri Yan Timman 74 yaşında həyatla vidalaşıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Şahmat Federasiyasının mətbuat xidməti paylaşıb.

Timman Niderland yığmasını 13 Şahmat Olimpiadasında təmsil edib və bir çox beynəlxalq yarışların qalibi olub.

"Bu, dünya şahmatı üçün ağır itkidir. Mərhum qrosmeysterin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - deyə federasiyanın bəyanatında qeyd olunub.

Qeyd edək ki, 1970-80-ci illərdə Timman Anatoli Karpov, Viktor Korçnoy və Boris Spasski kimi nəhənglərlə bir sırada dünyanın ən güclü şahmatçıları siyahısında yer alırdı. 1976-cı ildə keçirilən Şahmat Olimpiadasında o, milli komandaya gümüş medallar qazandırmaqla yanaşı, birinci lövhədə ən yüksək nəticəni göstərmişdi. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Timman Dünya Şahmat Şöhrət Zalına seçilmişdi.

Link kopyalandı!
Son xəbərlər