ABŞ bombardmançıları yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünya
263
17:47, Bu gün

ABŞ bombardmançıları yüksək hazırlıq vəziyyətinə gətirildi

2025-ci ildə İranın hərbi obyektlərinə qarşı zərbələrdə istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinin "B-2 Spirit" strateji bombardmançıları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Moderator.az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri özəl mənbələrinə istinadən məlumat verib.

Bildirilib ki, davamlı hava əməliyyatları üçün zəruri olan onlarla yanacaqdoldurma təyyarəsi də ön mövqelərə çıxarılıb.

Nəşrin məlumatına görə, Karib dənizi hövzəsindən İrana doğru gedən ABŞ-nin ikinci aviadaşıyıcı qrupu bu həftənin sonu və ya gələn həftənin əvvəlində Aralıq dənizinə çata bilər. Gözlənildiyi kimi, "Gerald R. Ford" təyyarədaşıyan gəmisi Təl-Əvivi və digər İsrail şəhərlərini İranın potensial cavab zərbələrindən qorumaq üçün bu ölkənin yaxınlığında yerləşdiriləcək.

Daha əvvəl bildirildiyinə görə, ABŞ Administrasiyası artıq fevralın 21-də İrana qarşı hərbi əməliyyatın başlanması imkanını nəzərdən keçirir. Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran danışıqlar masasına oturmasa və nüvə silahlarından tamamilə imtinanı nəzərdə tutan "ədalətli razılaşma"nı imzalamasa, ona qarşı ciddi hərbi güc tətbiq etməyə hazırdır. İran hakimiyyəti isə dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirib.

Link kopyalandı!
Son xəbərlər