1990-1993-cü illər ərzində həm Türkiyənin əsas futbol yığmasına, həm də "Bursaspor" klubuna rəhbərlik etmiş 85 yaşlı təcrübəli mütəxəssis Sepp Piontek dünyasını dəyişib.
Moderator.az "Hürriyyet" nəşrinə istinadən xəbər verir ki, tanınmış baş məşqçinin ailə üzvləri Danimarka mətbuatına açıqlama verərək, Piontekin xəstəlik səbəbindən həyatını itirdiyini təsdiq ediblər.
Qeyd edək ki, Piontek 1979-1990-cı illər arasında Danimarka milli komandasına da rəhbərlik edib. Danimarka futbolunun tarixinə adını yazdıran Piontek, "Danimarka Dinamiti" ləqəbi ilə tanınırdı.
Bu ad ona 1980-ci illərdə komandaya aşıladığı hücumameyilli və dinamik oyun üslubuna görə verilmişdi. Həmin dövrdə Danimarka heyətində Maykl Laudrup, Yesper Olsen və Frank Arnesen kimi ulduz oyunçular çıxış edirdilər.