Aİ SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib
Dünya
164
17:07, Bu gün

Aİ SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib

Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu siyahısına əlavə edib.

Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bundan sonra, SEPAH Aİ-nin anti-terrorizm sanksiyaları rejiminə daxil ediləcək.

Bu isə, təşkilatın Aİ ölkələrində maliyyə ehtiyatlarının dondurulması və həmin ölkələrdəki subyektlərin SEPAH-a iqtisadi resurslardan istifadəyə icazə verməsinin qadağan edilməsi deməkdir.

Qeyd edək ki, yanvarın 29-da Aİölkələri SEPAH-ı terror təşkilatı kimi tanıyıb. Bu gün isə Aİ Şurası rəsmi olaraq sözügedən təşkilatı terror təşkilatları siyahısına daxil edib.

Link kopyalandı!
Son xəbərlər