Koreya Xalq Demokratik Respublikasının (KXDR) müdafiə sənayesi işçiləri ölkənin Əmək (İşçi) Partiyasının (KİP) 9-cu qurultayı münasibətilə 600 millimetr kalibrli yaylım atəşli raket sistemlərini təhvil veriblər.
Moderator.az-ın məlumatına görə, bu barədə KCNA agentliyi xəbər yayıb.
Təhvil-təslim mərasimi Pxenyandakı Mədəniyyət Mərkəzində keçirilib. Tədbirdə ölkə lideri Kim Çen In, partiya nümayəndələri, yüksək vəzifəli şəxslər, alimlər, texniklər və müdafiə sənayesi işçiləri iştirak ediblər.
Kim Çen In daha sonra döyüş maşınını şəxsən idarə edib.
Bildirilib ki, son iki ayda qurultaya təqdim etmək üçün əlavə 50 ədəd 600 millimetrlik raket sistemi istehsal olunub. Kim Çen In silahın hərbi dəyərini və effektivliyini vurğulayaraq onu "dünyanın ən güclüsü" adlandırıb.