Ölüm cəzası istənilən Cənubi Koreyanın sabiq prezidenti ÖMÜRLÜK HƏBS EDİLDİ
Dünya
261
12:27, Bu gün

Ölüm cəzası istənilən Cənubi Koreyanın sabiq prezidenti ÖMÜRLÜK HƏBS EDİLDİ

Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol 2024-cü ilin dekabr ayında baş vermiş üsyanla bağlı cinayət işi üzrə təqsirli bilinib.
 
Moderator.az-ın "Yonhap" agentliyinə istinadən xəbərinə görə, Seul Mərkəzi Rayon Məhkəməsinin çıxardığı hökmlə Yun Sok Yol ona elan olunmuş ittiham üzrə ömürlük həbs cəzasına məhkum edilib.
 
Cənubi Koreyanın Cinayət Məcəlləsində bu maddə üzrə ölüm cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Prokurorluq keçmiş prezident üçün ölüm cəzası tələb etmişdi. Ancaq Cənubi Koreyada 1997-ci ildən bəri edam cəzasına moratorium tətbiq olunub, bu, ömürlük həbslə əvəzlənir.
 
Link kopyalandı!
Son xəbərlər