02:44
6°C
Bakı
Məşhur amerikalı aktyor, prodüser və rejissor Tom Nunen 74 yaşında vəfat edib.
Moderator.az bildirir ki, bu barədə "Instagram"da onun "Nə baş verib?" filmindəki həmkarı Karen Sillas məlumat verib.
"Mənim əziz dostum və tərəf müqabilim Tom Nunen 2026-cı ilin Sevgililər Günündə dinc şəkildə həyata gözlərini yumub", - deyə o yazıb.
Sillas aktyorun ölüm səbəbini açıqlamayıb.
Ümumilikdə Nunen 87 filmdə, o cümlədən "Məxfi materiallar" və "Robokop"da çəkilib. Onun son işi 2018-ci ildə ekran üzü görən "Heyvanlar" filmi olub.