Nigeriyada 37 mədənçi dəm qazından zəhərlənərək ölüb
Dünya
299
18 Feb 2026 | 22:50

Nigeriyada 37 mədənçi dəm qazından zəhərlənərək ölüb

Nigeriyada mədəndə dəm qazından zəhərlənmə nəticəsində 37 işçi həlak olub.

Moderator.az bu barədə "The Cable" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, mədənçilər tunellərin birində yığılmış dəm qazından zəhərləniblər. Hadisə fevralın 17-də səhər saatlarında baş verib, lakin bu barədə yalnız fevralın 18-də məlum olub.

Mədənin yerləşdiyi Plato ştatının hakimiyyət orqanları insident faktını təsdiqləyiblər, lakin ölənlərin sayı da daxil olmaqla təfərrüatı açıqlamayıblar. 25 nəfər xəstəxanaya yerləşdirilib.

Link kopyalandı!
Son xəbərlər