Kredit kartları bloklandı, vizalar ləğv olundu
Dünya
170
22:30, Bu gün

Kredit kartları bloklandı, vizalar ləğv olundu

ABŞ tərəfindən sanksiya tətbiq edilən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri bu tədbirlərin həm maddi, həm də psixoloji nəticələri ilə üzləşiblər.

Moderator.az xəbər verir ki, "The Guardian" nəşri sanksiya tətbiq olunmuş hakimlərlə danışıb.

BCM-in fəaliyyətdə olan kanadalı hakimi Kimberli Prost sanksiya siyahısına daxil ediləcəyini gözləmədiyini bildirib. Onun sözlərinə görə, kredit kartları, "Amazon" və "Google" hesabları bloklanıb. O qeyd edib ki, taksi sifariş etməkdən tutmuş uçuş bileti və ya otel otağı bron etməyə qədər ən sadə əməliyyatlar belə qeyri-mümkün hala gəlib. Hazırda o, hətta bank köçürməsini həyata keçirə biləcəyinə də əmin deyil.

Hazırda baş prokuror və səkkiz hakim də daxil olmaqla ümumilikdə 11 məhkəmə rəsmisi ABŞ sanksiyaları altındadır. Onların ABŞ-yə girişi qadağan edilib.

Niderland bankı Perudan olan digər BCM hakimi Lus del Karmen İbanes Karransanın kredit kartını ləğv edib. "Niyə? Axı bu, Amerika bankı deyil, Avropa bankıdır", - deyə o bildirib.

İbanes Karransa ABŞ vizası ləğv edilən və "Google" hesabları silinən qızına qarşı tətbiq edilən məhdudiyyətlərdən daha çox narahat olduğunu vurğulayıb. O qeyd edib ki, qızı dünyanın başqa bir yerində yaşayır və Beynəlxalq Cinayət Məhkəməsi ilə heç bir əlaqəsi yoxdur.

Hakim əlavə edib ki, onun fikrincə, dünya bu cür təqiblərə dözməməlidir.

2025-ci ilin fevral ayında ABŞ ölkəyə və müttəfiqlərinə qarşı aparılan araşdırmalara görə Beynəlxalq Cinayət Məhkəməsinə maliyyə sanksiyaları tətbiq edib. Tədbirlər bir neçə vəzifəli şəxsi və onların ailə üzvlərini əhatə edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər