23:46
6°C
Bakı
ABŞ dövlət katibi Marko Rubio 94 yaşlı keçmiş Kuba lideri Raul Kastronun nəvəsi və qəyyumu Raul Gilyermo Rodriqes Kastro ilə gizli dialoq aparır.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" üç mənbəyə istinadən məlumat yayıb.
"Mən bunu danışıqlardan daha çox, gələcək barədə müzakirələr adlandırardım", - deyə ABŞ prezident administrasiyasının yüksəkvəzifəli məmuru bildirib.
"Axios" qeyd edir ki, Rubio 41 yaşlı Kastronu inqilabi kommunizmin uğursuzluğunu qəbul edən və ABŞ ilə yaxınlaşmada dəyər görən, biznes yönümlü gənc nəsil kubalıların nümayəndəsi kimi görür.
Danışıqlar ABŞ Prezidenti Donald Trampın hərəkətləri fonunda Kubadakı vəziyyətin pisləşdiyi bir şəraitdə aparılır.