KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır
Dünya
185
21:09, Bu gün

KİV: ABŞ İranla böyük müharibəyə yaxınlaşır

ABŞ Prezidenti Donald Trampın administrasiyası İranda iri hərbi əməliyyatın başlamasına bir çox amerikalının təsəvvür etdiyindən daha yaxındır.

Moderator.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı məlumat yayıb.

Nəşrin qiymətləndirməsinə görə, hərbi əməliyyatlar çox yaxın vaxtda başlaya bilər. ABŞ özünün və müttəfiqlərinin əhəmiyyətli qüvvələrini cəlb etməklə Venesueladakından daha böyük əməliyyat həyata keçirəcək.

"Bossun səbri tükənir. Ətrafındakı bəzi insanlar ona İranla müharibədən çəkinməyi tövsiyə edirlər, lakin mən düşünürəm ki, yaxın bir neçə həftə ərzində hərbi əməliyyatlar görəcəyimizə 90% ehtimal var", - Trampın müşavirlərindən biri deyib.

Vurğulanıb ki, mümkün əməliyyat öz miqyası baxımından böyük müharibəni xatırladacaq, o Yaxın Şərqdə yerləşdirilmiş aviadaşıyıcıları, döyüş gəmilərini, yüzlərlə qırıcını və hava hücumundan müdafiə sistemlərini əhatə edəcək.

Ekspertlərin qiymətləndirməsinə görə, amerikalı və israilli hərbçilər birgə genişmiqyaslı əməliyyat keçirə bilər, bu isə regiona ciddi təsir göstərəcək və beynəlxalq səhnədə əsas hadisəyə çevriləcək.

Portal qeyd edib ki, təkcə son 24 saat ərzində daha 50 ədəd F-35, F-22 və F-16 qırıcısı Yaxın Şərqə yollanıb. Həmçinin daha əvvəl bildirilmişdi ki, ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 13-ə çatdırıb.

"Hər şey Trampdan asılıdır. Lakin bütün əlamətlər onu göstərir ki, əgər danışıqlar uğursuz olarsa, o, tətiyi çəkəcək", - mənbələr iddia edir.

Gərginliyin artması iqtisadiyyatda da öz əksini tapır: ekspertlərin fikrincə, ABŞ və İran arasında mümkün hərbi toqquşma barədə xəbərlərə cavab olaraq neft qiymətləri əhəmiyyətli dərəcədə artıb, çünki mühüm dəniz yolları vasitəsilə təchizatda fasilələrin yaranması riski bazarlarda qeyri-müəyyənliyi gücləndirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər