Laqardın qərarı Makronu hərəkətə keçirdi: Varis kim olacaq?
Dünya
300
21:07, Bu gün

Laqardın qərarı Makronu hərəkətə keçirdi: Varis kim olacaq?

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard 2027-ci ilin oktyabrında başa çatan səkkiz illik səlahiyyət müddəti bitməzdən əvvəl vəzifəsindən ayrıla bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, Laqard Fransa Prezidenti Emmanuel Makrona (səlahiyyət müddəti 2027-ci ilin mayında başa çatır) və Almaniya kansleri Fridrix Mertsə Avropa İttifaqının ən mühüm qurumlarından birinə yeni rəhbər seçmək imkanı yaratmaq istəyir. Onun vəzifədən nə vaxt ayrılacağı hələlik məlum deyil. Bunun 2027-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkisindən əvvəl baş verməsi ehtimal olunur.

Parisdə aparılan müzakirələrlə tanış olan mənbələr "FT"yə bildiriblər ki, ardıcıl iki müddətdən sonra yenidən Fransa prezidentliyinə namizədliyini irəli sürməsi qadağan edilən Makron bir neçə aydır Laqardın varisinin müəyyənləşdirilməsində iştirak etmək niyyətindədir.

Kristin Laqard 18 oktyabr 2019-cu ildə Avropa İttifaqına üzv dövlətlərin liderləri tərəfindən AMB-nin prezidenti vəzifəsinə təsdiqlənib. O, 1 noyabr 2019-cu ildən etibarən bu vəzifədə Mario Draqini əvəz edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər