22:44
7°C
Bakı
ABŞ Dövlət katibi Marko Rubio Kubanın sabiq lideri Raul Kastronun nəvəsi Raul Gilyermo Rodrigez Kastro ilə gizli danışıqlar aparır.
Moderator.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Mənbə məsələni “danışıqlar prosesi” olaraq yox, “gələcəklə bağlı müzakirə” kimi qiymətləndirib.
O əlavə edib ki, Rubio və Kastro arasında bu dialoq Kubanın rəsmi diplomatik kanalları vasitəsilə həyata keçirilmir.
“Kubadakı mövcud rejim getməlidir. Bizim mövqeyimiz bundan ibarətdir, amma görünür ki, bununla bağlı Prezident Tramp qərar verməlidir. Lakin o, hələlik bununla bağlı qərar verməyib”, - mənbə vurğulayıb.