Yaponiya imperatoru yeni hökumətin tərkibini təsdiqlədi
Dünya
313
19:10, Bu gün

Yaponiya imperatoru yeni hökumətin tərkibini təsdiqlədi

Yaponiya imperatoru Naruhito Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hökumətin tərkibini təsdiqləyib.

Moderator.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı rəsmi mərasim Tokiodakı İmperator Sarayında keçirilib.

İmperatorun Nazirlər Kabinetini təsdiqləməsi Yaponiya Konstitusiyasına uyğun olaraq həyata keçirilən məcburi prosedurdur.

Mərasim zamanı nazirlər növbə ilə imperatordan xüsusi sənədi - monarxın imzası olan təyinat haqqında bildirişi qəbul ediblər.

Bu, Takaiçinin rəhbərlik etdiyi ikinci hökumətdir. O, ötən il oktyabrın 21-də hakimiyyətə gəlib. Bu gün aşağı palataya keçirilən növbədənkənar seçkidən sonra parlamentin çağırıldığı ilk iclasda hökumət texniki olaraq istefaya göndərilib.

Daha sonra Takaiçi gözlənildiyi kimi ölkənin 105-ci baş naziri vəzifəsinə yenidən seçilib. İkinci kabinetdə bütün nazirlər öz vəzifələrini qoruyub saxlayıblar.

Gün ərzində baş nazir mətbuat konfransı keçirərək əsas siyasi hədəflərini açıqlayacaq. Bundan sonra yeni hökumətin ilk iclası baş tutacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər