ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yollarını ayıra bilər
Dünya
293
18:30, Bu gün

ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yollarını ayıra bilər

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bərpaolunan enerji mənbələrinin tətbiqi kursunu davam etdirərsə, ABŞ qurumdan ayrıla bilər.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Fransa Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda deyib.

ABŞ Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yollarını ayıra bilər

Nazir deyib ki, əgər məlumat verən agentliklərin əhəmiyyətli bir hissəsi özlərini bu cür solçu fantaziyalara həsr edirlərsə, bu, onların missiyasını yalnız təhrif edə bilər: "Biz "sıfır karbon" ssenarisini istəmirik. Bu, qeyri-real və həyata keçirilməsi mümkün olmayan bir yanaşmadır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər