Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb
Dünya
172
17:30, Bu gün

Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb

Macarıstan Ukraynaya dizel tədarükünü dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” hesabında bildirib.

O, bu gün Macarıstanın Ukraynaya dizel yanacağının tədarükünü dayandırmaq barədə qərar qəbul etdiyini qeyd edib.

Nazir “Drujba” boru kəmərindən Macarıstana neft tədarükü bərpa olunmayana qədər bu qərarın qüvvədə qalacağını vurğulayıb. O, buna görə Ukrayna Prezidenti Volodimir Zelenskini ittiham edib. Siyarto əlavə edib ki, Macarıstan Ukraynanın enerji təhlükəsizliyində mühüm rol oynadığı halda, Kiyev qəsdən Budapeştin enerji təchizatını riskə atır.

XİN rəhbərinin sözlərinə görə, Ukraynaya təbii qaz, elektrik enerjisi və dizelin böyük bir hissəsi ya Macarıstandan, ya da ki, onun ərazisindən keçən enerji infrastrukturu ilə idxal olunur: “Öz təchizatımız risk altında olduğu halda, başqa bir ölkənin enerji təhlükəsizliyinə zəmanət verməyimizi heç kim bizdən gözləyə bilməz. Enerji əməkdaşlığı qarşılıqlı şəkildə olmalı və hörmətə əsaslanmalıdır, təzyiqə yox”.

Qeyd edək ki, iki gün əvvəl “Drujba” boru xətti ilə Macarıstan və Slovakiyaya neft tədarükü dayandırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər