Belarus gəmilərinin Ukraynanın ərazi sularına girişi QADAĞAN EDİLDİ
Dünya
159
17:15, Bu gün

Belarus gəmilərinin Ukraynanın ərazi sularına girişi QADAĞAN EDİLDİ

Belarus gəmilərinin Ukraynanın ərazi sularına girməsi qadağan ediləcək.

Moderator.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin imzaladığı fərmanda qeyd edilib.

"Xarici qeyri-hərbi gəmilərin və hərbi gəmilərin Ukraynanın ərazi sularına və limanlarına girişinə qadağa və ya məhdudiyyət qoyulur", - deyə fərmanda bildirilib.

Qeyd edək ki, Volodimir Zelenski həmçinin şəxsən Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı da sanksiyalar tətbiq edib. Səbəblər arasında Zelenski Belarus ərazisində "Oreşnik" raket kompleksinin yerləşdirilməsi üçün infrastrukturun qurulmasını vurğulayıb. Bəzi sanksiyalar qeyri-müəyyən müddətə tətbiq edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər