Cenevrədə Ukrayna üzrə danışıqlar bağlı qapılar arxasında davam edəcək
Dünya
264
13:21, Bu gün

Cenevrədə Ukrayna üzrə danışıqlar bağlı qapılar arxasında davam edəcək

Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqların formatı dəyişməz olaraq qalacaq.
 
Moderator.az xəbər verir ki, TASS-ın mənbələrinə istinadən məlumatına görə, müzakirələrin ikinci günü bağlı qapılar arxasında davam edəcək.
 
Xatırladaq ki, dünən Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. İlk gün iclasda altı saatdan çox fikir mübadiləsi aparılıb.
 
Üçtərəfli danışıqların əvvəlki mərhələsi 4-5 fevralda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər