Rusiyada daha bir nazir SAXLANILDI
Dünya
299
10:59, Bu gün

Rusiyada daha bir nazir SAXLANILDI

Rusiyanın Başqırdıstan Respublikasının mədəniyyət naziri Amina Şafikova saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Agentliyi məlumatlandıran mənbənin sözlərinə görə, nazir fevralın 18-də saxlanılıb.
 
Yerli "Telegram" kanallarının məlumatına görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
 
Şafikova 2012-ci ildən Başqırdıstanın mədəniyyət naziri vəzifəsində çalışır. O, bundan əvvəl, 2010-cu ildən 2012-ci ilə qədər isə Ufa Dövlət Rəssamlıq Akademiyasına rəhbərlik edib.
 
Xatırladaq ki, daha əvvəl Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikov da saxlanılıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər