ABŞ narkotacirlərə aid gəmilərə zərbə endirib, 11 nəfər ölüb
Dünya
151
22:00, Bu gün

ABŞ narkotacirlərə aid gəmilərə zərbə endirib, 11 nəfər ölüb

ABŞ bazar ertəsi narkotacirlərə məxsus üç gəmiyə zərbələr endirib, nəticədə 11 nəfər ölub.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kəşfiyyat təsdiqləyib ki, gəmilər məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət edib və narkotiklərin qanunsuz dövriyyəsi əməliyyatlarına qatılıb", - komandanlığın məlumatında bildirilib.

Qeyd olunub ki, gəmilərdən ikisi Sakit okeanın şərqində aşkar edilərək hücuma məruz qalıb, üçüncüsü isə Karib dənizində vurulub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər