Fransadan maraqlı qərar:
Dünya
170
19:20, Bu gün

Fransadan maraqlı qərar: "Grinch" tankeri sərbəst buraxıldı

Fransa hakimiyyəti Rusiyadan yola düşən "Grinch" tankerinin həbsini ləğv edib və gəmi ölkənin ərazi sularını tərk edib.

Moderator.az xəbər verir ki, bu barədə Marsel Prokurorluğu açıqlamasında bildirib.

Məlumatda bildirilir ki, Buş-dü-Ron departamentinin prefekti gəmiyə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Tanker Fransanın ərazi sularını tərk edənə qədər səlahiyyətli xidmətlərin müşahidəsi altında olub. Gəminin sahibi sadələşdirilmiş məhkəmə prosesində bayrağın olmamasına görə cərimələnib. Prokurorluq, həmçinin şirkətin tankerin üzərinə bayrağı qaldırmaq öhdəliyi götürdüyünü də açıqlayıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron yanvar ayında Murmanskdan yola düşən tankerin saxlanıldığını elan etmişdi. Aralıq dənizində gəminin yoxlanılması zamanı qeydiyyat məlumatlarında uyğunsuzluq aşkarlanmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər