Böyük Britaniyanın Leyboristlər Partiyası hökuməti "Deloitte" və "IBM" ilə müqavilələrə 110 milyon funt sterlinq (təxminən 150 milyon dollar - red.) xərclənməsini ardınca Brexit sonrası "qarşıdurmasız ticarət sərhədi" yaratmaq planını təxirə salıb.
Moderator.az xəbər bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Vahid Ticarət Pəncərəsi (VTP) treyderlər üçün universal rəqəmsal platforma yaratmağı nəzərdə tuturdu. Platforma malların idxalı və ixracı üçün sənədləşməni sadələşdirəcəkdi. Lakin layihə gecikmələr və İT nasazlıqları səbəbindən dayandırılıb. Böyük Britaniyanın Milli Audit Ofisi bildirir ki, bu, sərhəd tədbirlərinə mane olub və 4.7 milyard funt sterlinq (6.4 milyard dollar - red.) xərclərə səbəb olacaq.
Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. 51.9% lehinə, 48.1% əleyhinə səs verilib. Bir neçə illik danışıqlardan sonra ölkə 2020-ci il fevralın 1-də Aİ-dən ayrılıb. 2021-ci il yanvarın 1-də isə Brexit sonrası keçid dövrü başa çatıb, tərəflər mal və xidmətlər üçün azad ticarət zonasını əhatə edən razılaşma əldə ediblər.