Tramp:
Dünya
334
17:40, Bu gün

Tramp: "Həyat yoldaşım tarixə düşəcək, onunla qürur duyuram"

Prezident Donald Tramp bildirib ki, ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna üçün gördüyü işlərə görə tarixə düşəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Ağ Ev sahibi qeyd edib ki, həyat yoldaşı çox vacib işlər görür:

"Düşünürəm ki, Rusiya və Ukrayna üçün nələr etdiyini görəndə sonunda hər kəs onun tarixə möhtəşəm birinci xanımlardan biri olaraq düşəcəyini etiraf edəcək. Melaniya çox səylə çalışır".

O, həmçinin həyat yoldaşının "Melaniya" filmini "inanılmaz bir hit" adlandırıb. Tramp həyat yoldaşı ilə qürur duyduğunu vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər