19:26
14°C
Bakı
Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında görüş başlayıb.
Moderator.az xəbər verir ki, Ukrayna üzrə üçtərəfli danışıqlar “Inter Continental” mehmanxanasında keçirilir.
Danışıqların iki gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub. Cenevrədə isə daha geniş mövzularda danışıq aparılması planlaşdırılır. Xüsusilə ərazi məsələsi danışıqların əsas mövzularından biri olacaq.