Ermənistanda keçmiş komandir Müdafiə Nazirliyinə kələk gəldi
Dünya
172
16:59, Bu gün

Ermənistanda keçmiş komandir Müdafiə Nazirliyinə kələk gəldi

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin keçmiş komandirinə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi üzrə ittiham irəli sürülüb.

Moderator.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, məmur mənzilə ehtiyac duyduğu görüntüsü yaratmaq üçün özünə məxsus daşınmaz əmlakını rəsmi olaraq özgəninkiləşdirib və mənzil komissiyasına yalan məlumat təqdim edib. Nəticədə 2019-cu ildə ona İrəvanda 21.4 milyon dram (təxminən 97 000 manat - red.) dəyərində mənzil pulsuz verilib.

Keçmiş komandirə qarşı irəli sürülən ittiham üzrə ona dörd ildən səkkiz ilə qədər həbs cəzası nəzərdə tutulur.

İlkin istintaq başa çatıb və ittiham aktını ehtiva edən materiallar korrupsiyaya qarşı mübarizə məhkəməsinə göndərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər